EN

Formula 1: Mühəndislər Kubokunun qalibi bilindi

BAKI, 5 oktyabr. TELEQRAF

Formula 1 üzrə Sinqapur Qran-Prisi başa çatıb.

Teleqraf xəbər verir ki, yarışa pouldan başlayan “Mersedes” komandasının pilotu Corc Rassel finişə birinci çatıb.

“Red Bull”dan Maks Ferstappen yürüşü ikinci yerdə tamamlayıb. “Maklaren”in pilotu Lando Norris və Oskar Piastri 3-cü və 4-cü yeri tutublar.

Bugünkü nəticə ilə “Maklaren” cari mövsümünMühəndislər Kubokunun qalibi olub. Komanda bu titulu ardıcıl ikinci, tarixində isə 10-cu dəfə qazanıb.

Chosen
26
2
teleqraf.com

3Sources