EN

III MDB Oyunları: Azərbaycan boksçuları yarışı 24 medalla başa vurublar

Azərbaycan boksçuları III MDB Oyunlarını 24 medalla başa vurublar.

İdman.biz xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.

Azərbaycanlı boksçuları Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) qızıl medallar qazanıblar.

Bundan başqa, Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq), Əflatun İsmiyev (57 kq), Toğrul Quliyev (60 kq), Haxverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) bürünc medallar qazanıblar.

Qeyd edək ki, dünən qadın boksçularımız turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.

Beləliklə, Azərbaycan idmançıları turnirdə 24 medal qazanıblar.

İdman.biz

Chosen
11
13
idman.biz

10Sources