Avropada “dron divarı” yaratmaq üçün konkret layihə yoxdur.
Axar.az Globalinfo.az-a xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
“Heç bir layihə, heç bir “dron divarı” yoxdur. Pilotsuz təyyarələri vurmağın ən yaxşı yolunun nə olduğuna dair ekspert müzakirələri var”, – deyə o bildirib.
Oktyabrın 3-də amerikalı hərbi analitiklər Şərqi Avropada “dron divarının” yaradılmasını qeyri-real hesab ediblər.