EN

Komandamız günü 4 medalla başa vurdu Yenilənib+Fotolar

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Ölkəmizdə təşkil edilən III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan komandası ilk yarış gününün birinci yarısında iki medal qazanıb.

Amil Ramazanov birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olub.

İkinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib.

***

Komandamız günü 3 bürünc, 1 gümüş medalla başa vurub.

Amil Ramazanov iki bürünc medala layiq görülüb. Ramazanov birnəfərlik kayak qayığında 200 və 500 metr məsafədə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında üçüncü yer tutub.

İkinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti finalda finişi üçüncü keçib. \

Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafədə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
12
qafqazinfo.az

10Sources