EN

"Neftçi"nin rəsmi mağazasının açılış mərasimi oldu

"Neftçi" PFK-nın rəsmi mağazası bundan sonra “Gənclik Mall”da yerləşən “GO Sport”da da fəaliyyət göstərəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.

Tədbirdə klub rəhbərliyi ilə yanaşı, Emin Mahmudov, Mustafa Sek və Falaye Sako da iştirak ediblər.

İmza günündə görüşən azarkeşlər futbolçularla xatirə şəkilləri çəkdiriblər. Açılışa qatılan qonaqlara "Neftçi" PFK-dan xüsusi hədiyyələr də təqdim olunub.

Chosen
52
sportinfo.az

1Sources