EN

ABŞ-da silahlı atışma: 2 ölüb, 12 yaralı

ABŞ-ın Alabama ştatının paytaxtı Montqomeri şəhərində baş verən atışma nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Məlumata görə, biri azyaşlı olmaqla üç nəfər ağır xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Montqomeri polis rəisi Ceyms Qraboys deyib ki, mübahisə edənlər kütlə arasında bir-birlərinə atəş açmağa başlayıblar.

Cinayətin digər təfərrüatları hələlik açıqlanmayıb.

Chosen
6
4
axar.az

6Sources