EN

Avarçəkənlərimiz III MDB Oyunlarına dörd medalla başladılar - FOTO

Bu gün Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində avarçəkmə yarışlarına start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan komandası ilk yarış günündə dörd medal qazanıb.

Birnəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında yarışda Əlimurad Hacızadə gümüş medal qazanıb.

Amil Ramazanov birnəfərlik kayak qayığında 200 metr və 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında iki bürünc medala sahib olub. İkinəfərlik kayak qayığında 200 metrməsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib.

İdman.biz

Chosen
21
12
idman.biz

10Sources