EN

İtaliyada II İoann Pavelin abidəsi təhqir edildi

Roma şəhərində yerləşən papa II İoann Pavelə həsr olunmuş abidə naməlum şəxslər tərəfindən təhqir edilib.

Musavat.com xəbər verir ki, hadisə 26 sentyabr tarixində keçirilən Fələstini dəstəkləyən aksiyadan sonra baş verib. Abidənin üzərinə oraq-çəkic simvolu çəkilib və “iyrənc faşist” sözləri yazılıb. Qrafiti və yazılar karabinerlər tərəfindən aşkarlanıb.

İtaliyanın Baş naziri Corca Meloni hadisəni vandallıq aktı kimi qiymətləndirib və sərt şəkildə pisləyib:

“Onlar guya sülh naminə etiraz etdiklərini iddia edirlər, amma sonra sülhün əsl müdafiəçisi və qurucusunun xatirəsini təhqir edirlər.”

Hadisə ilə bağlı istintaq başladılıb, hüquq-mühafizə orqanları təxribatı törədənlərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görür.

photo_2025-10-05_18-23-31

Musavat.com

Chosen
9
musavat.com

1Sources