EN

III MDB Oyunlarının iştirakçıları Şuşanın mədəni irsi ilə tanış oldular

XANKƏNDİ, 5 oktyabr. TELEQRAF

Bu gün III MDB Oyunları çərçivəsində Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları başa çatıb.

Teleqraf xəbər verir ki, mükafatlandırma mərasimindən dərhal sonra idmançılar vənümayəndə heyətlərinin üzvləri Qarabağın incisi olan qədim Şuşa şəhərinə tura yola düşüblər.

Səfər zamanı qonaqlar şəhərin tarixi və mədəni məkanlarını gəziblər: Şuşanın Mərkəzi Meydanı, əfsanəvi “Xan qızı” bulağı, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və məşhur Cıdır düzü. Tur iştirakçılarına Azərbaycan mədəniyyətinin beşiyi, görkəmlişairlərin, musiqiçilərin və rəssamların vətəni olan Şuşanın tarixibarədə məlumat verilib. Qonaqlar şəhərin özünəməxsus ab-havasını xüsusi vurğulayıblar.

Turun sonunda iştirakçılar Şuşanın mənzərələri yerləri fonunda xatirə fotoları çəkdiriblər. Axşam dostluq mühitində keçirilənşam yeməyi ilə davam edib.

Chosen
21
8
teleqraf.com

10Sources