EN

Gürcüstanda son durum: Etirazlarda saxlanılanlar var

Gürcüstanda 4 oktyabrda bələdiyyə seçkiləri keçirilib. Lakin seçkilər heç də dinc şəraitdə baş tutmayıb. Ciddi etiraz aksiyaları keçirilib. Artıq Gürcüstan Daxili İşlər Nazirliyi aksiyasının təşkilatçılarının saxlandığı barədə məlumat verib. 


 
Nazirliyin məlumatına görə, saxlanılanlar arasında "Milli Hərəkat" Partiyasının üzvləri Murtaz Zodelava və İrakli Nadiradze, "Rustaveli Prospekti" hərəkatının liderlərindən biri Paata Burçuladze, "Strategiya Ağmaşenebeli" Partiyasının nümayəndəsi Paata Manjqaladze və polkovnik Laşa Beridze var.

 

Marneuli bələdiyyəsi uğrunda mübarizə aparan "Vahid Gürcüstan” partiyasından namizəd Əli Bədirov vəziyyətlə bağlı Modern.az-a danışıb.

 

 
O, bildirib ki, etiraz aksiyalarının seçki gününə salınması prosesi kölgələmək, müxalif yönlü insanların fikrini aksiyaya yönəltmək olub:


“Gürcü Arzusu”nun müxalifətdə yerləşdirdiyi agentlər bu prosesi həyata keçirdi. Müxalif yönlü insaların çoxu seçkiyə gəlmədi. Əslində iqtidaryönlülərdən də çoxu gəlmədi, lakin  saxtakarlıqla “Gürcü Arzusu” və əməkdaşlıq etdiyi “Lelo-Güclü Gürcüstan” Partiyası bir çox məntəqədə bülletenleri bərabər doldurdular. Bəzi məntəqələrdə mənə uduzan “Lelo” baxırıq ki, bir sıra məntəqələrdə 450 səs toplayıb. Bu nəticələr isə qeyri-realdır. Bəllidir ki, “Gürcü Arzusu” ilə birlikdə karuseldə iştirak edib, bülleten doldurublar”.


Ə. Bədirov bununla belə şikayət etmə imkanlarının olmadığını qeyd edib:

 

“Bununla belə düşünürəm ki, şikayət etməyə yolumuz yoxdur. Çünki bizim komissiya üzvümüz yox idi. Daha ehtiyyatlı şəkildə prosesə diqqət edib, vəziyyəti nəzarət altında saxlaya bilərdik. Təəssüf ki, komissiya üzvümüz olmadı. “Gürcü Arzusu” və “ Lelo” komissiyalıydılar deyə bu prosesi bərabər həyata keçirə bildilər”.  

 

“Vahid Gürcüstan” Partiyasının namizədi 100 gün siyasətdən uzaqlaşacağını söyləyib:

 

“Amma yenə də, merin fəaliyyəti mənim diqqətimdə olacaq. Bələdiyyədə olan və olmayan müxalifət var. Bələdiyyədə olmayan müxalifət, sıravi bir vətəndaş kimi fəaliyyətlərinə diqqət edəcəm. Marneuli həqiqətən də inkişafla dolacaq, yoxsa geriləyəcək deyə yüz günlük siyasətdən uzaqlaşsam da, bir vətəndaş kimi gedişatı yaxından izləyəcəm. 100 gündən sonra Marneuli meri necə bir mer, öz müxalifətləri “Lelo” necə müxalifətdi, bu barədə fikrimi bildirəcəyəm”.

 

Chosen
7
2
modern.az

10Sources