EN

Tramp HƏMAS la danışıqların çox uğurla davam etdiyini bildirib

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqların çox uğurla davam etdiyini deyib.

Bu barədə Tramp Ağ Evdə jurnalistlərlə danışarkən bildirib.

"Son bir neçə gündə başlayan danışıqlar hazırda davam edir. Müzakirələrin necə bitəcəyini gözləmək lazımdır, amma çox yaxşı getdiyini eşidirəm", - Tramp deyib.

Qeyd edək ki, bundan əvvəl "HƏMAS" İsrailli girovları azad etməyə və silahları təhvil verməyə hazır olduğunu bəyan edib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
6
cebheinfo.az

9Sources