EN

Şavkat Mirziyoyev Qəbələdə keçiriləcək TDT sammitində iştirak edəcək

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.Bu barədə Özbəkistan prezidentinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitinin tədbirlərində iştirak edəcək.

“Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin cari məsələləri daxildir.

Chosen
3
17
anews.az

10Sources