GÖYGÖL, 5 oktyabr. TELEQRAF
Göygöldə yol - nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.