Göygöldə yol – nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.