EN

Şəmkirdə piyadanın ölümünə səbəb olub hadisə yerindən qaçan sürücü saxlanılıb

Şəmkirdə piyadanı vurub öldürən sürücü tapılıb...

APA-nın yerli bürosunun məlumatına görə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Ford ” markalı yük avtomobili ilə törədilməsi müəyyən edilib.

Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Hacıqabul rayon sakini 1977-ci il təvəllüdlü B. Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 35 yaşlı D. Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyyən olunması istiqamətinə polis əməkdaşları axtarışlara başlayıb. Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
9
8
poliqon.info

10Sources