Gəncə sakinini qonşusu butulka ilə başına vurub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib. Şəhər sakini - 1984-cü il təvəllüdlü Q.İbrahimzadə başının küt travması ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, Q.İbrahimzadəni qonşusu butulka ilə başından vurub. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Fakt araşdırılır.