BAKI, 5 oktyabr. TELEQRAF
Bazar günü səhər tezdən naməlum şəxslər Almaniyanın hakim koalisiyasına daxil olan Xristian Sosial Birliyinin (CSU) Münhendəki qərargahını yandırıblar.
Teleqraf xəbər verir ki, bu barədə Münhen polisi məlumat yayıb.
Yanğınla bağlı araşdırma başlayıb, saxlanılan yoxdur.