EN

Həm rəqsdir, həm də dua Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Arxeoloqların fikrincə, rəqsin tarixi ən azı 10 min il əvvələ, yəni ibtidai insan cəmiyyətlərinə qədər uzanır.

“Qafqazinfo” xəbər verir ki, Afrikanın qədim mağaralarında tapılmış rəsmlər, əllərində nizə tutub dairəvi hərəkətlər edən ovçuları təsvir edir.

Bu şəkillər sadəcə ov səhnəsi deyil, həm də ilk ritual rəqslərin izləridir. İnsanlar ovdan əvvəl tanrılara dua edir, bədənləri ilə təbiətlə bir növ ünsiyyət qururdular.

Qədim Misirdə rəqs sadəcə əyləncə deyildi – ibadət və inamın bir forması idi. Fironların məbədlərində qadınlar ilahələrə həsr edilmiş mərasim rəqsləri edirdilər. Onların hər bir jesti, addımı, baxışı bir məna daşıyırdı: həyat, ölüm, yenidən doğuluş…

Misirlilər inanırdılar ki, bədən musiqi ilə birləşəndə ruh tanrıya yaxınlaşır.

“Bharatanatyam” – dünyanın ən qədim və sistemli rəqs formalarından biridir. Min illərdir ki, Hindistanın Tamil Nadu bölgəsində ifa olunur. Rəqqasələr üz mimikası, barmaq hərəkətləri və ritmik addımlarla mənəvi hekayələr danışır.

Bu rəqs təkcə sənət deyil, həm də dua formasıdır – tanrı ilə dialoq kimi qəbul olunur.

Qədim yunanlar üçün rəqs həm şərabın, həm də azadlığın tanrısı Dionisə həsr olunmuş mərasimlərin bir hissəsi idi. Dairəvi hərəkətlər, mahnı və jestlər sonradan teatrın əsasını qoydu. Hər bir tragediya və komediyanın kökündə bir zamanlar müqəddəs sayılan bu hərəkətlər dayanır.

Çin sivilizasiyası da rəqsi ibadətin bir növü kimi qəbul edirdi. “Yunmen Wu” – yəni Bulud Qapısı Rəqsi, imperator saraylarında ifa olunan qədim ritual idi. Hərəkətlərin yavaşlığı və simmetriyası Taoist fəlsəfənin əsas prinsiplərini – harmoniya və sakitliyi əks etdirirdi.

Bizim coğrafiya da qədim rəqs mədəniyyəti ilə zəngindir. Qədim türklər və Qafqaz xalqları döyüş öncəsi cəsarət ritualları, qələbədən sonra isə şükran rəqsləri edirdilər.

Bu gün də “Ləzginka” və “Yallı” kimi rəqslər həmin köklərin canlı davamıdır – ruh gücünün və birliyin simvolu. 

Təsadüfi deyil ki, Azərbaycanda aparılan areoloji qazıntılar zamanı, habelə məşhur Qobustan Milli Tarix-Bədii Qoruğunda da rəqs elementlərinə rast gəlinib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
qafqazinfo.az

2Sources