EN

Rusiyanın Bakıdakı səfirliyindən jest...

Rusiyanın Azərbaycandakı səfirliyi bu gün rəsmi hesabında diqqətçəkən bir paylaşım edib. Paylaşımda bildirilib ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Omsk şəhərində yerləşən Rusiya Ordusunun Maddi-Texniki Təchizat Akademiyasının filialında təhsil alan azərbaycanlı kursantlarla görüş keçirib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, səfir kursantlara təhsillərində və gələcək xidmətlərində uğurlar arzulayıb, onların tədris prosesi və yaşayış şəraiti ilə maraqlanıb.

Azərbaycanlı kursantlar isə öz növbəsində Rusiya tərəfinin onlara göstərdiyi diqqət və qayğıdan məmnun qaldıqlarını bildiriblər. Görüşdə Azərbaycanın Rusiyadakı hərbi attaşesi, polkovnik Kənan Təhməzov da iştirak edib.

Lakin bu hadisəni fərqləndirən əsas məqam — Rusiya səfirliyinin bu məlumatı paylaşmasıdır. Məlumatı Azərbaycan tərəfi deyil, Bakıdakı Rusiya səfirliyi yayıb. Bu isə son aylarda gərginləşən Rusiya–Azərbaycan münasibətləri fonunda müsbət jest və diplomatik siqnal kimi qiymətləndirilir.
Chosen
6
7
sherg.az

10Sources