Göygöl rayonunda ağır yol qəzası baş verib. Hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göygöl Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.