EN

Pep Qvardiola İngiltərə Premyer Liqasında 250-ci qələbəsini qazandı

“Mançester Siti” Premyer Liqanın VII turunda səfərdə “Brentford”u 1:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın “Opta”ya istinadən məlumatına görə, oyunun yeganə qolunu norveçli hücumçu Erlinq Haaland qarşılaşmanın 9-cu dəqiqəsində vurub.

Bu qələbə ilə komandanın baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında 250-ci qələbəsini rəsmiləşdirib. İspaniyalı mütəxəssis bu göstəriciyə cəmi 349 oyunda (50 heç-heçə, 49 məğlubiyyət) nail olub və beləliklə, Premyer Liqa tarixində bu mərhələyə ən tez çatan baş məşqçi olub.

Hazırda “Mançester Siti” turnir cədvəlində 13 xalla 5-ci pillədə qərarlaşıb və lider “Arsenal”dan 3 xal geri qalır.

Chosen
29
90deqiqe.az

1Sources