EN

“Yuventus” “Milan” oyununda qolsuz bərabərlik

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İtaliya A Seriyasının VI turunun mərkəzi qarşılaşması – “Yuventus” və “Milan” oyununda qalib müəyyənləşməyib.

İdman.biz xəbər verir ki, Turin şəhərindəki “Allianz” stadionunda baş tutan görüş 0:0 hesabı ilə başa çatıb.

Qonaqların hücumçusu Kristian Pulişiç 54-cü dəqiqədə penaltidən fərqlənmək imkanı əldə etsə də, zərbəni dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, 6 oyundan sonra 13 xal toplayan “Milan” turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. “Yuventus” isə beş matçda qazandığı 12 xalla beşincidir. Turnirə 15 xalla “Napoli” başçılıq edir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
1
icma.az

2Sources