Magistratura imtahanlarının məzmununda dəyişikliyin ediləcəyi bildirilir.
Publika.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, bəzi sosial şəbəkələrdəki təhsil səhifələrində magistraturaya qəbulun elektron formata keçəcəyi ilə bağlı məlumatlar paylaşılıb.
Bəs magistraturaya qəbulla bağlı hansı əsaslı dəyişikliklər edilə bilər?
Təhsil eksperti Kamran Əsədov bildirir ki, növbəti illər ərzində magistraturaya qəbulda imtahan sisteminin dəyişdirilməsi gözləniləndir.
Magistratura imtahanlarının elektron formada keçiriləcəyi ilə bağlı iddialara gəlincə, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, hazırda bununla bağlı konkret nəticə yoxdur.