EN

Tramp yeni nüvə sualtı qayığının yaradılmasını elan edib

Dekabrda ABŞ-da Virciniya sinfinə aid yeni nüvə sualtı qayığının tikintisinə başlanacaq...

Poliqon xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Atlantik Donanmasının 250 illiyi münasibətilə Virciniya ştatının Norfolk şəhərindəki əsas bazasında çıxışı zamanı deyib.

Sentyabrın 30-da Tramp ABŞ Müharibə Nazirliyində çıxış edib. O, ABŞ hərbçilərinə müraciətində Rusiya və Çinin sualtı qayıqlarda 25 il geri qaldığını bildirib.

Ağ Evin rəhbəri həmçinin Rusiya siyasətçilərinin təhdidlərində “nüvə” sözünün qeyd olunması ilə əlaqədar Rusiya sahillərinə iki nüvə sualtı qayığı göndərmək qərarına gəldiyini bəyan edib.

Poliqon.info

Chosen
11
poliqon.info

1Sources