EN

Ailəsi dağılan Fuad Əlişov: “Artıq hisslər bitib”

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Həyat yoldaşından ayrılandan sonra mediadan uzaq gəzib-dolanan tanınmış rejissor Fuad Əlişov film təqdimatlarının birində fotokameramıza tuş gəlib.Yenicag.az-a açıqlama verən rejissor daha klip çəkilişləri ilə məşğul olmadığını deyib:“O işə son verdim, çünki kliplər dəbdə deyil. Yalnız reklam çarxları çəkməklə məşğulam”.Fuad Əlişov şəxsi həyatından da danışıb.“Deyilənə görə, sizin ayrılığınıza səbəb xəyanət olub”, sualını rejissor belə cavablandırıb:“Bu barədə heç nə demək istəmirəm. Siz bu sualın cavabını məndən ala bilməyəcəksiz”.“Bəs nə vaxtsa barışa bilərsiniz”, sualına da rejissor konkret cavab verib:“Mən uşaqlarımla vaxtaşırı görüşürəm, qaldı ki, barışığa bu, mümkün deyil. Nə barışıq, artıq hisslər bitib”.İkinci dəfə evlənib-evlənməməyə gəlincə isə, rejissor “evlənsəm, hamınız biləcəksiniz” deyə cavab verib.Xatırladaq ki, cütlük 2007-ci ildə ailə həyatı qurmuşdu. Onların bu evlilikdən 3 övladı var.BAKU.WS

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
baku.ws

1Sources