EN

Mindən çox turist Everest yaxınlığında qar fırtınasına düşdü

BAKI, 6 oktyabr. TELEQRAF

Çində Everestin şərq yamacına aparan Karma vadisində qar fırtınasına düşən yüzlərlə turist xilas olunub.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Təxminən 4200 metr hündürlükdə yerləşən düşərgələrdə minədək turist fırtına səbəbindən bağlı qalıb. Xilasedicilər və yerli sakinlər 350 nəfəri təhlükəsiz əraziyə çıxarıblar. Onlardan bir qismi artıq Qudan şəhərinə çatıb, bir neçəsi isə yoldadır. Dağ yamacında qalan təxminən 200 nəfərlə əlaqə saxlanılır.

Qeyd olunur ki, qar fırtınası oktyabrın 4-də başlayıb, nəticədə görünmə məsafəsi bir metrdən də azalıb, güclü külək isə axtarış işlərini çətinləşdirib.

Chosen
18
1
teleqraf.com

2Sources