EN

Tramp: Mən Baydendən fərqli olaraq pilləkənlərdən yavaş və ehtiyatla düşürəm...

ABŞ prezidenti Donal Tramp Hərbi Dəniz Qüvvələrinin 250 illiyi münasibətilə çıxışında Co Baydeni fiziki bacarıqsızlıqda ittiham edib...

ABŞ prezidenti Donal Tramp keçmiş prezident Co Baydeni pilləkənlərdə büdrəməsinə görə tənqid edib və özünün daha diqqətli hərəkət etdiyini bildirib.

Poliqon xəbər verir ki, Tramp bu fikirləri Norfolk hərbi bazasında ABŞ Hərbi Dəniz Qüvvələrinin (US Navy) 250 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirib.

“Bizim çox zəif bir prezidentimiz olmuşdu. O, baş verənlərdən xəbərsiz idi və pilləkənlərdən yıxılmamaq şansı çox az idi”, deyə Tramp tədbirdə bildirib.

ABŞ lideri əlavə edib ki, o, hər zaman diqqətli olmağı məsləhət görür:

“Mən həmişə deyirəm, pilləkənlərdən yavaş və ehtiyatla enmək lazımdır”, deyə Tramp qeyd edib

Co Bayden prezidentliyi dövründə və ondan əvvəl bir neçə dəfə ictimai tədbirlər zamanı pilləkənlərdə büdrəyərək medianın diqqət mərkəzinə düşüb. Bu hallar Trampın tez-tez siyasi çıxışlarında vurğuladığı və opponentini fiziki zəiflikdə ittiham etdiyi mövzulardan biridir.

Trampın bu bəyanatı ABŞ-da 2024-cü ilin prezident seçkilərindən sonra yenidən siyasi ritorikanın sərtləşdiyini və onun Bayden üzərindən apardığı tənqid kampaniyasının davam etdiyini göstərir.

Poliqon.info

Chosen
5
poliqon.info

1Sources