Qırğızıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Cəlal-Abad vilayətinin Çatkal rayonundan 45 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.