Dünya bazarlarında qızılın unsiyasının qiyməti 3 949 ABŞ dollarını ötərək yeni tarixi maksimuma yüksəlib.
Daha sonra qiymətli metalın dəyəri bir qədər azalaraq 3 947 dollar səviyyəsində sabitləşib.
Bakı vaxtı ilə saat 06:02-yə olan məlumata əsasən, qızılın qiyməti 1 troy unsiyası üçün 3 950 dollar təşkil edib, bu isə 0,97% artım deməkdir. On dəqiqə sonra isə qiymət 3 947,4 dollara qədər enib (0,9% artım).
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən idxal rüsumlarının tətbiqindən sonra qızılın qiyməti 3 080 dollar səviyyəsinə qədər yüksəlib.
N.Təbrizli