EN

Krımda neft anbarında dron hücumundan sonra yanğın olub

Krımın Feodosiya şəhərinə pilotsuz təyyarələr hücum edib.

Sitat.info xəbər verir ki, PUA hücumundan sonra bölgədəki neft anbarında güclü yanğın baş verib.

Məlumata görə, pilotsuz təyyarələr Feodosiya neft yükləmə terminalında yanacaq çəninin partlamasına səbəb olub.

Bundan başqa, Novofedorovkadakı Saki aerodromuna da zərbələr endirilib.

 Feodosiya, Yevpatoriya, Simferopol rayonunda və Kaça aerodromunun yaxınlığında yerləşən Andreyevka kəndi yaxınlığında da partlayışlar baş verib.

Bundan əlavə, PUA-ların Yevpatoriya ilə Uyutnoye kəndləri arasındakı hərbi hissəni vurduğu, ilkin məlumatlara görə, radarlardan birinin zədələndiyi bildirilir.

Sevastopol vilayətində də ondan çox partlayış səsi eşidilib.

Chosen
21
12
sitat.info

10Sources