EN

Bakıdakı Avropa kvartalı və burada yaşayan avropalı ailələr

XIX əsrin sonu – XX əsrin əvvəllərində (təxminən 1880–1917-ci illər) Bakı neft sənayesinin qızıl dövrünü yaşayırdı. Bu dövrdə şəhərə minlərlə Avropa mühəndisi, sahibkarı və memarı gəlmişdi:
Almanlar, Fransızlar, İngilislər, İsveçrəlilər, İtalyanlar Polyaklar və digərləri.Bu əcnəbilər əsasən şəhərin mərkəzi hissəsində, dənizkənarı və İçərişəhərə yaxın ərazilərdə məskunlaşırdılar. Beləcə “Avropa kvartalı” (yəni Avropa məhəlləsi) formalaşdı.
Şəhərin əhalisi 1873-cü ildə -50 min nəfər, 1900-cü ildə isə artıq 200 mindən çox idi.
Bunun təxminən 5–7%-i əcnəbilər idi — əsasən Avropa ölkələrindən gələn mütəxəssislər və sahibkarlar. Yəni bu təxminən 10–14 min avropalı demək idi. Onların çoxu ailəli idi, bəziləri isə tək gəlmiş mühəndis və ya idarəçi idi.
Əgər hər ailə orta hesabla 3–4 nəfər sayılırsa, bu təxminən 2500–3500 avropa ailəsi deməkdir.
Qeyd edim ki, bəziləri isə Balaxanı, Sabunçu, Bibiheybət, Binəqədi kimi neft mədənlərinin yaxınlığında yaşayırdı.
Yəni, şəhərin mərkəzi elita təbəqəsi idi, mədən ətrafları isə texniki mütəxəssislərin və işçi ailələrinin məskənləri.
“Avropa kvartalı” anlayışı rəsmi inzibati bölgü deyildi. Bakı şəhərinin mərkəzi hissəsinə — indiki Nizami küçəsi, Füzuli küçəsi, Neftçilər prospekti və İstiqlaliyyət ətrafına aid ərazi idi ki, orda əcnəbilər sıx məskunlaşmış idilər.
Bu kvartalda fransız, alman, ingilis və rus sahibkarlar yaşayır, Avropa səfirlikləri, klubları və otelləri yerləşirdi..
Onların əsas yığışdığı yerlər “Avropa klubu”,“Hotel Europe”, Fransız və alman kilsələri, Avropa liseyləri və qəzet redaksiyaları idi..
Avropa ailələrinin yaşayış şəraiti Bakıda yerli əhalinin çoxundan fərqli idi. Kvartalda yerləşən mənzillər və villalar iki-üçmərtəbəli daş evlər, geniş salonlar və bağlarla əhatələnmişdi. Evlərdə: pianinolar, Avropa istehsalı mebellər, kitab şkafları və uşaq otaqları, bəzən hətta fotoaparat və elektrik işıqlandırma sistemləri olurdu.
Avropalı ailələrin uşaqları üçün kvartalda xüsusi məktəblər və ev müəllimləri sistemi fəaliyyət göstərirdi.
Hətta Bakı mətbuatı 1900-cü illərdə bu ərazini “Küçələrdə Parisi xatırladan Bakı” kimi təsvir edirdi.
Bakıdakı Avropa kvartalında yaşayan avropalıların əsas işləri çox müxtəlif idi, amma əsas neft sənayesi və onun infrastrukturu ilə bağlılayihələrdə çalışırdılar.
Avropa kvartalında bir çox xarici banklar, sığorta və ticarət şirkətləri fəaliyyət göstərirdi.Fransız və alman müəllimlər – Bakı realnı məktəbində, texniki məktəbdə dərs deyirdilər. Avropa musiqi müəllimləri – şəhər orkestrində və klublarda çıxış edirdilər. Xarici jurnalistlər – Bakı neft sənayesinə dair məqalələr yazırdılar.
Avropa kvartalı həm də Bakının sosial modernləşmə mərkəzi idi. Avropa modası, musiqisi və təhsil üslubu Bakıda yayılmışdı. Qadınların maarifləndirilməsi və xeyriyyəçilik hərəkatı Avropa nümunəsinə əsaslanırdı. Kafedralar, teatrlar, otellər və restoranlar şəhərin “Qərb üzü” kimi formalaşmışdı.
Bu baxımdan Avropa kvartalı yalnız memarlıq deyil, həm də mədəni inteqrasiya məkanı idi.
1920-ci ildən sonra sovetləşmə nəticəsində “Avropa kvartalı” anlayışı sıradan çıxdı.
Binalar milliləşdirildi, xarici mülkiyyətçilər ölkəni tərk etdilər.
Lakin bu gün də İstiqlaliyyət və Nizami küçələri boyunca çox sayda bina həmin dövrün Avropa kvartalı memarlığının izlərini daşıyır.
Zaur Əliyev, tarixçi
Chosen
6
news365.az

1Sources