EN

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp yüzlərlə Milli Qvardiya əsgərlərinin Texasdan İllinoys, Oreqon və digər ştatlara göndərilməsi barədə göstəriş verib.

Globalinfo.az xəbər verir ki, bunu İllinoys ştatının qubernatoru J.B.Pritzker sosial media səhifəsində yazıb.

“Tramp Texas Milli Qvardiyasının 400 əsgərinin İllinoys, Oreqon və ABŞ-ın digər hissələrinə göndərilməsini əmr etdi. İndi biz bunu onun işğalı adlandırmağa başlamalıyıq. Bu qərarı heç kim onunla razılaşdırmayıb”, – deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Oreqon Dairə Məhkəməsi D.Trampa iğtişaşlarla mübarizə üçün Portlendə Milli Qvardiya qoşunlarını yerləşdirməyə müvəqqəti qadağa qoyub. Məhkəmə qərarında Trampın konstitusiya səlahiyyətlərini aşdığını qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az  

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
globalinfo.az

1Sources