EN

Növbəti prezident seçkilərində Respublikaçıların namizədi Vens olacaq - Rubio

Vitse-prezident Ceyms Devid Vens 2028-ci il seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə növbəti namizəd olacaq. Bunu  ABŞ dövlət katibi Marko Rubio bildirib.

“İnanıram ki, vitse-prezident Vans namizəd olmağa qərar versə, respublikaçıların növbəti namizədi olacaq,” —  Rubio “Fox News” kanalına müsahibəsində bildirib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rubionu prezident postunun mümkün varislərindən biri adlandırmışdı.

N.Təbrizli

Chosen
15
1
anews.az

10Sources