EN

İNGİLTƏRƏNİN CƏNUBUNDA MƏSCİD YANDIRILIB

Reuters xəbər verir ki, İngiltərənin cənubunda yerləşən bir məscidin yandırılması polis tərəfindən “nifrət cinayəti” kimi araşdırılır. Hadisə bir neçə gün əvvəl Mançesterdə sinaqoqa edilən ölümcül hücumdan sonra baş verib.

Şənbə günü axşam saatlarında ölkənin cənub sahilində yerləşən Pikhaven şəhərində məsciddə yanğın baş verib. Hadisə yerinə dərhal polis və yanğınsöndürənlər cəlb olunub.

Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb. Lakin yanğın nəticəsində məscidin əsas girişinə və çöldə park edilmiş bir avtomobilə ziyan dəyib.

Qeyd edək ki, bu insident cümə axşamı Mançesterin şimalında yerləşən sinaqoqda baş vermiş hücumdan sonra qeydə alınıb. Həmin hücum zamanı iki nəfər həlak olmuş, üç nəfər isə ağır yaralanmışdı.

Chosen
16
veteninfo.az

1Sources