EN

Avropa İttifaqı Orta Dəhlizə investisiya imkanlarının araşdırılmasına özəl sektoru dəvət edəcək - Avrokomissar

Bakı. Trend:

Avropa İttifaqıTransxəzər Nəqliyyat Dəhlizində investisiyaimkanlarının araşdırılmasına özəl sektoru dəvət edəcək.

Bunu Trend-ə Avropa İttifaqının Genişlənmə üzrəkomissarı Marta Kos sentyabrda Azərbaycana səfərindən sonra özəlmüsahibəsində deyib.

M.Kos qeyd edib ki, uzun müddət ərzində ilk dəfə olaraq CənubiQafqaz vasitəsilə Avropadan Mərkəzi Asiyaya ticarət yollarınınperspektivi reallığa çevrilir:

"Azərbaycana səfərim Aİ-ni Cənubi Qafqaz və daha sonra Qaradəniz regionu vasitəsilə Asiya ilə birləşdirən daha genişstrategiyanın ilk addımı oldu. Biz Mərkəzi Asiyanınperspektivlərini nəzərə alaraq nəqliyyat, enerji və rəqəmsalinfrastrukturu inkişaf etdirməklə Azərbaycanla əlaqələrigücləndirmək istəyirik. Aİ-nin Azərbaycan üçün müsbət gündəliyivar: iqtisadi inkişafı və davamlı artımı stimullaşdırmaq üçünkonkret təkliflər. Bu, Orta Dəhlizin inkişafı üçün həllediciəhəmiyyət kəsb edən Azərbaycana mühüm iqtisadi, siyasi və stratejifaydalar gətirir. Bu kontekstdə Azərbaycan Transxəzər NəqliyyatDəhlizində əsas tərəfdaşdır".

Avropa komissarı vurğulayıb ki, Avropa və Azərbaycan dəhlizinuğurunun təmin edilməsində maraqlıdır.

"Qarşıdakı aylarda biz bu niyyətləri daha dakonkretləşdirəcəyik: oktyabrın 9-10-da Brüsseldə ikinci "QlobalQapılar" (Global Gateway) Forumu keçiriləcək, oktyabrın 20-də isəregionlar arasında təhlükəsizlik və əlaqə ilə bağlı nazirləringörüşü keçiriləcək. İlin sonuna kimi biz özəl sektoru da TransxəzərNəqliyyat Dəhlizində investisiya imkanlarını araşdırmağa dəvətedəcəyik", - deyə o əlavə edib.

Chosen
1
1
az.trend.az

2Sources