Ajans.az lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan şosesi küçəsində yerləşən avtomobil təmiri sexində qeydə alınıb. Orada usta işləyən, 1999-cu il təvəllüdlü Mehrac Mehman oğlu İsmayılovun meyiti sexdə aşkar edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.