EN

III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunları çərçivəsində bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

Tribunainfo.az-ın məlumatına görə, Şəkidə çövkən üzrə bürünc medal uğrunda matçda Qazaxıstan və Qırğızıstan seçmələri üz-üzə gələcəklər.

Şəkidə eyni zamanda bədii gimnastika üzrə yarışlara start veriləcək.Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə mükafatçılar müəyyənləşəcək.

Sözügedən idman mərkəzində qılıncoynatma görüşləri davam edəcək, güllə atıclığına isə yekun vurulacaq.

Bundan başqa, Gəncədə 3×3 basketbol üzrə yarışın mükafatçıları bəlli olacaq.

Mingəçevirdə isə avarçəkmənin kayak və kanoe üzrə final yarışları keçiriləcək.

Chosen
18
18
tribunainfo.az

10Sources