EN

Ukrayna Krımda neft bazasını dronlarla vurub, günclü yanğın olub » AzadMedia.az


 
Urkayna Silahlı Qüvvələri Krımın Feodosiya şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

PUA hücumundan sonra neft bazasında güclü yanğın baş verib.

Məlumata görə, hücum Feodosiya neft yükləmə terminalında yanacaq çəninin partlamasına səbəb olub.

Bundan başqa, Novofedorovkadakı Saki aerodromuna da zərbələr endirilib.

Feodosiya, Yevpatoriya, Simferopol ərazisində və Kaça aerodromunun yaxınlığında yerləşən Andreyevka kəndində də partlayışlar baş verib.

Bundan əlavə, PUA-ların Yevpatoriya ilə Uyutnoye kəndləri arasındakı hərbi hissəni vurduğu, ilkin məlumatlara görə, radarlardan birinin zədələndiyi bildirilir.

Sevastopol vilayətində də ondan çox partlayış səsi eşidilib.
Chosen
20
12
azadmedia.az

10Sources