EN

İsrail Qreta Tunberq və 70 tərəfdaşını deportasiya edəcək

Qəzzanın mühasirəsini yarmaq istəyən Sumud donanmasının 70-dən çox üzvü, o cümlədən isveçli fəal Qreta Tunberq bu gün İsraildən deportasiya ediləcək. 

Olaylar.az xəbər verir ki, məlumatı AFP diplomatik rəsmilərə istinadən yayıb.

Bildirilir ki, 9 isveçli, 28 fransız, 27 yunan və 15 italyan deportasiya ediləcək. Saxlanılanların əksəriyyətinin təyyarə ilə Yunanıstana aparılacağı gözlənilir.

Qeyd edək ki, müxtəlif ölkələrə məxsus 40-dan çox gəmidən ibarət "Sumud" donanması (ərəb dilində "dəyanət" mənasını verir) sentyabrın ortalarında Tunisdən Qəzzaya yola düşüb. Missiyanın məqsədi Zolağın blokadasını yarmaq və anklava humanitar yardım çatdırmaq olub.

İsrail hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar fəalların hərəkətlərini təxribat hesab edirlər və gəmilərin Qəzza sahillərinə yaxınlaşmasına imkan verməyəcəklər. Donanma sonda İsrail Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən tutulub və bütün fəallar - 400-dən çox adam saxlanılaraq İsrail sahillərinə gətirilib. Oktyabrın 3-də İsrail hakimiyyəti onları deportasiya etməyə başlayıb: üç gün ərzində ümumilikdə 170 fəal ölkədən çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
1
olaylar.az

2Sources