EN

OPEC in Baş katibi: Qlobal neft emalı üçün hər il 700 milyon dollar investisiya tələb olunur

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 oktyabr, AZƏRTAC

Qlobal neft hasilatı, emalı və nəqli hər il təxminən 700 milyon dollar investisiya tələb edir. AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, bu fikri “Qazaxıstan Enerji Həftəsi 2025” forumunda OPEC-in Baş katibi Haysam əl-Qays ifadə edib.

O əlavə edib: “Bəziləri düşünə bilər ki, OPEC və OPEC+ tərəfindən verilən qərarlar qısamüddətli perspektivə yönəlib. Amma belə deyil. Biz bütün üfüqlərə - uzaq gələcəyə baxırıq. Səbəbini izah edim. Biz gələcək artım, gələcək investisiyalar və gələcək neft hasilatı üçün platformaya sahib olmaq istəyirik. Bunun əhəmiyyətini qiymətləndirməmək olmaz. Qlobal neft istehlakı ildən-ilə artır. Təkcə ötən il qaz, kömür, neft və bərpaolunan enerji istehlakı rekord həddə çatıb. Dünyanın bol enerji resurslarına ehtiyacı var”.

Baş katibin sözlərinə görə, 2050-ci ilə qədər dünya əhalisinin sayı 10 milyarda çatacaq ki, bu da qlobal iqtisadi artımın daha da sürətlənməsini tələb edəcək. Yeni texnologiyaların data mərkəzləri və süni intellekt kimi enerji tutumlu sənayelərin inkişafı, eləcə də sürətlənmiş urbanizasiya enerjiyə xüsusilə tələbat yaradacaq.

Haysam əl-Qays vurğulayıb: “Unutmaq olmaz ki, dünyada milyardlarla insan hələ də enerjidən məhrumdur. Beynəlxalq ictimaiyyət insanların yemək bişirməsi, işıqları yandırması, uşaqlarını məktəbə göndərməsi və ya işə getməsi üçün enerji mənbələrinə ən azı elementar çıxışı anlamalı və təmin etməlidir”.

OPEC-in Baş katibi qeyd edib ki, bu amillər enerji resurslarının bütün növlərinə böyük investisiyalar tələb edir. O xatırladıb ki, OPEC-in 2025-ci il üçün neft bazarına dair proqnozu dərc olunub. “Bu sənədə əsasən, 2050-ci ilə qədər 2,3 trilyon dollar investisiya tələb olunacaq. Bu o deməkdir ki, neft hasilatı, emalı və nəqli üçün hər il təxminən 700 milyon dollar xərclənməlidir”, - deyə Haysam əl-Qays bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
3
azertag.az

4Sources