Bakı.Trend:
Bakıda sərxoş kişi yıxılaraq ölüb.
Trend xəbərverir ki, Xətai rayonu Xocalı prospekti 21-in qarşısında Bakı şəhərsakini 1980-ci il təvəllüdlü Aleksandr Qenadiyeviç Jurov sərxoşvəziyyətdə yıxılıb.
Belə ki, xəstəxanaya yerləşdirilən A.Jurov orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.