EN

Trampdan sonra prezident postuna kim keçə bilər? Rubio cavab verdi

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Növbəti prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi hazırkı vitse-prezident Cey Di Vens ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rübio "Fox News”a müsahibəsində bildirib.

Aparıcı ondan 2028-ci ildə prezident seçkilərində iştirak edib-etməyəcəyini soruşduqda Rübio cavab verib ki, əgər Vens istəsə, o, namizəd olacaq:

"Mən hesab edirəm ki, Respublikaçılar Partiyasının növbəti namizədi vitse-prezident Vens olacaq, əgər o, seçkilərdə iştirak etmək qərarına gələrsə. O, mənim yaxın dostumdur və öz işini mükəmməl yerinə yetirir”, – deyə Rübio bildirib.

O vurğulayıb ki, onların "əla komandası” var və hamı "prezident naminə” çalışır. Dövlət katibi həmçinin prezidentin və onun komandasının iş prinsipləri arasındakı fərqi izah edib:

"Prezidentin işi ilə bizim işimizi insanlar bəzən qarışdırırlar. Bizim vəzifəmiz prezidentin gündəliyini həyata keçirməkdir. Məsləhət verə bilərikmi? Fikirlər irəli sürə bilərikmi? Bəli. Amma axırda qərar verən, amerikalıların seçdiyi şəxs prezidentin özüdür”, – deyə Rübio qeyd edib.

Xəbər verildiyi kimi, bu ilin yazında Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmək fikrində olmadığını bəyan etmişdi. O bildirmişdi ki, bəzi siyasi tərəfdaşları onu bu variantı nəzərdən keçirməyə çağırıblar, lakin o, qanunla müəyyən edilmiş məhdudiyyətlərdən xəbərdardır. Tramp əlavə edib ki, onun siyasi kursunu davam etdirə biləcək digər Respublikaçı liderlər də var – məsələn, vitse-prezident Vens və ya dövlət katibi Rübio.

Öz növbəsində Vens də ABŞ prezidentliyinə namizədliyini 2028-ci ildə irəli sürə biləcəyini istisna etmir. O, bunu yaxınlarda verdiyi bir müsahibəsində eyhamla bildirib:

"Mən bu barədə (ABŞ prezidentliyinə namizəd olmaq ehtimalı barədə – UNIAN) düşünməyi sevmirəm, çünki indi sahib olduğum iş barədə düşünməyi üstün tuturam. Əgər biz 2025-2026-cı illərdə işimizi mükəmməl görsək, onda 2027-ci ildə siyasət barədə danışmaq olar. Amerikalılar elə adamlardan beziblər ki, yeni işə başlayandan yeddi ay sonra artıq növbəti pillə haqqında düşünürlər”, – deyə Vens vurğulayıb.

Bundan başqa, ABŞ prezidentinin böyük oğlu Donald Tramp-kiçik də prezidentliyə namizəd ola biləcəyini istisna etməyib. Qətərdə keçirilən iqtisadi forumda moderatorun "atanız postu tərk etdikdən sonra idarəçiliyi siz ələ alacaqsınızmı” sualına cavab verərkən Tramp-kiçik belə bir "missiyasının” olduğunu deyib.

Alpər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
qaynarinfo.az

1Sources