Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunun rayonun İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Qazel" markalı yük maşını ilə "Kia" toqquşub. Qəza nəticəsində "Kia"nın sürücüsü, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu həyatını itirib.
Yük maşının sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü İsbəndiyarov Qamət Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.