EN

"Qarabağ"ın rəqibində ayrılıq baş tuta bilər

“Napoli”nin futbolçusu Stanislav Lobotka karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 30 yaşlı futbolçunu “Mançester Yunayted” heyətinə qatmağı planlaşdırır. Mançester klubunun rəsmiləri slovakiyalının transferi üçün lazımı məbləği ödəməyə hazırdır.

Lobotkanın “Napoli” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Trençin”, “Yonq Ayaks”, “Nordşelland”, “Selta” klublarında oynayıb və 2020-ci ildə “Napoli”yə keçib.

Əlavə edək ki, "Napoli" - "Qarabağ" matçı Çempionlar Liqasının 5-ci turu çərçivəsində, noyabrın 25-də keçiriləcək.

saytlarin hazirlanmasi

Chosen
12
sportal.az

1Sources