Bakı. Trend:
Noyabr ayının ortalarında İranın şimalında yerləşən Gilanvilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı vilayətbaşçılarının iclası keçriləcək.
Trend-inməlumatına görə, bunu İranın Gilan vilayətinin valisi Hadi HaqşenasXəzəryanı ölkələrin sahilyanı vilayət rəhbərlərinin iclasınınkeçirilməsi üzrə koordinasiya iclasında deyib.
Onun sözlərinə görə, bu iclas Xəzəryanı ölkələrin rəsmiləriarasında əldə olunan razılaşma çərçivəsində keçiriləcək. İclasdaİran, Azərbaycan, Rusiya, Türkmənistan və Qazaxıstan rəsmiləriiştirak edəcəklər.
Haqşenas əlavə edib ki, bu iclasın keçirilməsində məqsədXəzəryanı ölkələr arasında iqtisadiyyat, ticarət, mədəniyyət vəidman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və regionalbirgə imkanlardan istifadənin olunmasıdır.
İranlı rəsmi deyib ki, İran əleyhinə sanksiyaların tətbiqolunduğu və hazırkı iqtisadi şəraiti nəzərə alaraq və İranınbeynəlxalq məhdudiyyətlərlə üzləşdiyi bir vaxtda qonşu ölkələrləregional əməkdaşlığın gücləndirilməsi ticarətin inkişafı vəsanksiyaların təsirinin azaldılması üçün effektiv həll yolu olabilər.
“Bu iclas Xəzəryanı ölkələr arasında çoxtərəfli əməkdaşlıqdayeni səhifə aça bilər”, - deyə o qeyd edib.
Qeyd edək ki, İran, Azərbaycan, Rusiya, Qazaxıstan vəTürkmənistan 5 Xəzəryanı ölkədir.