Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Redaktor.az “Qafqazinfo”ya xəbər verir ki, dünən saat 15 radələrində İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü Əfqan Ədalət oğlu Babayev Sahil qəsəbəsinin ərazisində yerləşən Kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılıb.
Hündürlükdən yıxılan gənc hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.