EN

Tərtərdə 24 yaşlı oğlanın öldüyü qəzanın VİDEOSU

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
 
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunun rayonun İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
 
"Qazel" markalı yük maşını ilə "Kia" toqquşub. Qəza nəticəsində "Kia"nın sürücüsü, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu həyatını itirib. 
 
Yük maşının sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü İsbəndiyarov Qamət Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Chosen
18
4
moderator.az

10Sources