EN

OPEC ölkələri neft hasilatını artırmaq barədə qərar qəbul edib

OPEC+ daxil 8 ölkənin nümayəndələri oktyabrın 5-də videokonfrans vasitəsilə keçirilən iclasda neft hasilatının artırılması ilə bağlı qərar qəbul ediblər.

AzPost bildirir ki, bu barədə OPEC-in yaydığı məlumatda deyilir.

Press-relizə görə, Rusiya noyabrda neft hasilatını sutkada 9,532 milyon barrelə çatdıracaq.

Səudiyyə Ərəbistanı yanacaq istehsalını sutkada 10,061 milyon barelə, Qazaxıstanı 1,563 milyon barelə, İraqı 4,255 milyona, Əlcəzair 967 minə, Küveyt 2,569 milyona, BƏƏ 3,399 milyona, Oman 808 minə qədər artıracaq.

Ölkələrin planlarında əvvəllər yol verilmiş həddən artıq hasilata görə kompensasiya cədvəli nəzərə alınmır, ona görə səkkiz OPEC+ ölkəsi neft hasilatını hər ay azaltmalıdır.

AzPost.az

Chosen
4
1
azpost.info

2Sources