EN

“28 May”da oturacaqlar niyə söküldü? - VİDEO

Metronun 28 May stansiyasında sərnişinlər üçün nəzərdə tutulan oturacaqlar sökülüb. 

Bakıvaxtı.az Barometr TV-yə istinadən xəbər verir ki, qərarın yaşlılar, uşaqlı qadınlar və səhhətində problem olan sərnişinlər üçün çətinlik yaratdığı qeyd olunub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu addım sərnişin sıxlığı və hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə atılıb:

“28 May” stansiyası sərnişin sıxlığı ilə seçilən stansiyalardan biridir. Bu səbəbdən görülən işlər sərnişinlərin maraqlarına xidmət edir. “28 May”da sərnişinlərin hərəkət təhlükəsizliyini və qatara minib-düşmə rahatlığını təmin etmək məqsədilə platformanın sərnişin axını xüsusi intensiv olan stansiya yolu sahəsində oturacaqlar ləğv edilib. Lakin sərnişinlər stansiyanın orta zalında əyləşə bilərlər”.

Ətraflı videomatrealda:

 

Chosen
16
9
bakivaxti.az

10Sources