EN

Qazaxıstan və "Wabtec" lokomotivlərin tədarükü üzrə şirkət tarixin ən iri müqaviləsini bağlayıb

Bakı. Trend:

ABŞ-nin dəmir yolu texnologiyaları və avadanlıqları üzrəixtisaslaşmış “Wabtec” şirkəti və “Qazaxıstan Temir Jolu” (KTJ)arasında Qazaxıstanın dəmir yolu sənayesinin modernləşdirilməsinəyönəlmiş nəhəg büdcəli - 4,2 milyard dollar dəyərində müqaviləimzalanıb. Müqavilə “Evolution” seriyasından olan lokomotivlərintədarükünü və uzunmüddətli servis xidmətini ehtiva edir.

Trend bu barədə“Wabtec” şirkətinə istinadla xəbər verir.

“Son iyirmi ildən artıq müddətdə KTJ ilə tərəfdaşlığımızQazaxıstanın dəmir yolu sənayesinin transformasiyasında mühüm roloynayıb. Bu tarixi müqavilə KTJ-nin milli dəmir yolu şəbəkəsiniAvropa və Asiyanı birləşdirən əsas nəqliyyat qovşağına çevirməkistiqamətindəki strateji baxışını əks etdirir. Müasir lokomotivlərvə uzunmüddətli xidmət həlləri təqdim etməklə, “Wabtec”Qazaxıstanın tərəqqi yolundakı tərəfdaşı olmaqdan, regionun böyükpotensialının üzə çıxarılmasına və ölkənin dəmir yolu mühəndisliyisahəsində bacarıqlarının inkişafına töhfə verməkdən qürur duyur”, -“Wabtec” şirkətinin prezidenti və baş icraçı direktoru RafaelSantana bildirib.

Onun sözlərinə görə, Qazaxıstan “Wabtec” üçün regional bacarıqmərkəzidir və yeni müqavilə KTJ ilə əməkdaşlığı daha damöhkəmləndirərək şirkətin dəmir yolu texnologiyaları bazarındatexnoloji və innovativ tərəfdaş kimi mövqeyini gücləndirəcək. Yeninəsil lokomotivlər KTJ-nin parkını genişləndirmə və yeniləməproqramını dəstəkləyəcək, onlar Qazaxıstanın sərt iqlim şəraitinəvə dağlıq ərazilərinə uyğun şəkildə hazırlanıb.

O vurğulayıb ki, müqavilə həmçinin yeni lokomotivlərlə yanaşı,KTJ-nin mövcud dəmir yolu parkını dəstəkləməyə yönəlmiş texnikixidmət sazişlərini də əhatə edir. Bu xidmətlər hərəkət tərkibininetibarlılığını və istifadəyə hazır vəziyyətini maksimum səviyyədəsaxlamaqla optimal istismar xərclərini təmin edəcək şəkildəuyğunlaşdırılıb.

Məqalədə:
Chosen
15
az.trend.az

1Sources